Gürcüstanın turizm gəlirləri artır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın turizm gəlirləri artır

Rəsmi

17 May 2022 15:03 819


2022-ci ilin yanvar-aprel aylarında Gürcüstanın beynəlxalq səyahətçilərdən əldə etdiyi gəlir 582 milyon dollar təşkil edib.

Yenisabah.az "Sputnik-Georgia"ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili açıqlayıb.

"2022-ci ildə biz turizm gəlirlərini 70% bərpa etməyi planlaşdırırdıq. Son məlumatlara görə, turizm təxminən 69% bərpa olunub. Bu, yanvar-aprel aylarının məlumatlarına görədir. Biz artıq 582 milyon dollara yaxın gəlir əldə etmişik", - deyə Davitaşvili qeyd edib. pizza mizza

Nazirin sözlərinə görə, may ayı ərzində müxtəlif istiqamətlərə 400-dək reys planlaşdırılır.

Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında beynəlxalq səyahətçilərin Gürcüstana səfərlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 272,3% artıb.

Gürcüstan ilin əvvəlindən dörd ay ərzində 820,8 min beynəlxalq ziyarətçi qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!