Gürcüstanın xalq artisti Tengiz Arçvadze vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın xalq artisti Tengiz Arçvadze vəfat etdi

Hadisə

28 Oktyabr 2023 22:53 1170


Gürcü teatr və kino aktyoru Tengiz Arçvadze 92 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kote Marcanişvili adına Dövlət Dram Teatrından bildirilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Arçvadzenin ailəsinə və yaxınlarına başsağlığı verib. Dördpendirli pizza

Qeyd edək ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin karyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze “Azərbaycanfilm”in istehsalı olan “İyirmialtılar” (1966) filminin baş rollarından biri olan Caparidze personajını da canlandırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!