Gürcüstanın XİN başçısı Azərbaycana səfərə gələcək

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın XİN başçısı Azərbaycana səfərə gələcək

Siyasət

11 Yanvar 2025 17:18 391


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfərə gələcək.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev nazirlə görüşərək planlaşdırılan səfərin detallarını müzakirə edib. Dördpendirli pizza

Bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Həmçinin Gürcüstan xarici işlər nazirinin Azərbaycana planlaşdırılan rəsmi səfərinin təfərrüatına, habelə Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi məsələsinə toxunulub.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini yüksək qiymətləndiriblər.

Görüş zamanı ticarət-iqtisadi, nəqliyyat, energetika sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.

Bunlarla yanaşı, regionun dinc və sabit inkişafının vacibliyi vurğulanıb. Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da dinamik hala gətirməyə hazır olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!