Gürcüstanın yeni prezidentindən Bakı açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın yeni prezidentindən Bakı açıqlaması

Siyasət

31 Dekabr 2024 09:31 750


Gürcüstan hakimiyyəti Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx əlaqələri möhkəmləndirməkdə davam edəcək.

Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib. "Gürcüstan sülhün və sabitliyin təmin edilməsində maraqlı olan tərəf kimi qonşu dövlətlərlə, xüsusilə Azərbaycan, Ermənistan və Türkiyə ilə daha da sıx əlaqələri gücləndirir", - o bildirib.

Prezident qeyd edib ki, Gürcüstan hakimiyyəti Cənubi Qafqaz regionunda uzunmüddətli sülhü dəstəkləyir və bu istiqamətdə böyük səylər göstərəcək./Axar.az/ pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!