YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Gürcüstanla müharibə ehtimalı qalır“ - Separatçı “rəsmi“

“Gürcüstanla müharibə ehtimalı qalır“ - Separatçı “rəsmi“

Bölgə

28 Sentyabr 2022 11:29 671


"Abxaziya hakimiyyəti gücdən istifadə etməmək haqqında müqavilə imzalanana qədər Gürcüstanla müharibə ehtimalını yüksək hesab edəcək"

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu separatçı qurumun "XİN rəhbəri" İnal Ardzinba deyib.

Onun sözzlərinə görə, oktyabrın əvvəlində, Cenevrə müzakirələrinin növbəti raundu zamanı bunu etməyə hazırdırlar:

“Gürcüstanla Cenevrə müzakirələri platformasında güc tətbiq etməmək haqqında saziş imzalayana qədər və hələ də imzalanmayıb, biz müharibə ehtimalını yüksək hesab edəcəyik. Gürcüstan bu müqaviləni imzalamadığından biz bundan irəli gəlirik”.

Ardzinba vurğulayıb ki, Abxaziya hakimiyyəti Gürcüstanda döyüş kəşfiyyatı PUA-larının tədarükü ilə bağlı müqavilələrin necə artdığını, NATO ilə əlaqələrin necə genişləndiyini və ABŞ-la birgə təlimlərin necə getdiyini izləyir. Bundan əlavə, onlar görürlər ki, Gürcüstan dövlət büdcəsində hərbi xərcləri yüksək səviyyədə saxlayır - təxminən 300 milyon dollar.

"Oktyabrın əvvəlində, ehtimal ki, 5-6-da Cenevrə müzakirələrinin növbəti raundu planlaşdırılır. Fikrimcə, bu, Gürcüstanla güc tətbiq etməmək haqqında saziş imzalamaq üçün gözəl fürsətdir. Əgər Gürcüstan sülh ruhundadırsa, o zaman bu müqaviləni imzalayacaq. Əgər Gürcüstan sülh əhval-ruhiyyəsində deyilsə, o zaman bu müqaviləni imzalamayacaq. Rəsmi olaraq bəyan edə bilərəm ki, biz bu sazişi imzalamağa hazırıq”, - deyə Abxaziyanın "xarici işlər naziri" fikirlərini yekunlaşdırıb.

Bundan başqa, onun sözlərinə görə, ABŞ artıq Gürcüstana qondarma “ikinci cəbhə”nin açılması üçün təzyiq göstərir.

Ardzinba əlavə edib ki, regiondakı geosiyasi vəziyyət Abxaziya rəhbəri Aslan Bjaniyanın nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!