Güzəştli mənzil sahibi olmaq istəyənlərə xəbərdarlıq - Satış vaxtından bir neçə saat əvvəl...

saytların hazırlanması

Evə çatdırılma

Güzəştli mənzil sahibi olmaq istəyənlərə xəbərdarlıq - Satış vaxtından bir neçə saat əvvəl...

Sosial

24 Dekabr 2019 10:51 1332


"Sabah saat 11-də MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirəcək".

"Yeni Sabah" bildirir ki, bu barədə məlumatı ekspert Osman Gündüz paylaşıb.

"Onlayn satışdakı yeni proseduralarla ( CAPTCHA vəs ._) bağlı artıq məlumat vermişik. Ötən axşam saat 00.00-dan DEMO versiya artıq bağlanıb.Bir daha tövsiyyə etmək istərdim ki, iddiaçılar satış vaxtından bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olsunlar. Bu satış cari il üçün sonuncudur", - deyə ekspert əlavə edib.  Marqarita pizza

Onun fikrincə, gələn ildən MİDA, bir neçə məsələ var ki onların həllinə mütləq şəkildə diqqət yetirməlidir:

"1. Mənzillərin alternativ formada, məsələn onlayn lotoreya formasında , random prinsipi ilə satışına diqqət etməlidir.

İndiki halda, sistem şəffaf olmasına baxmayaraq, texniki-texnoloji imkanları yetərli olmayanların onlayn seçim imkanları faktiki olaraq sıfra bərabərdir ki, bu da , düşünürəm ki ədalətli yanaşma deyil

2. MİDA satış prosesini böyük ekranlara çıxarmalı və TV-də, sosial mediada canlı yayımlamalıdır

3. MİDA güzəştli mənzil statusu əldə etmək istəyənlərin kateqoriyasını genişləndirmək üçün təcili hpkumətə təkliflər təqdim etməli və regionlarda da bu prosesi aparmalıdır".

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zaur
    Güzəştli mənzil götürmək istəyirəm
    2 years ago
  • Zaur
    Güzəştli mənzillərdən xəbərdar olmaq
    3 years ago