"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının finalında "İnter"i 1:0 hesabı ilə məğlub etdikdən sonra göz yaşlarına boğulub.
Yenisabah.az xəbər verir ki, norveçli forvard karyerasında ilk dəfə bu kuboku qazanıb. Görüş başa çatdıqdan dərhal sonra o, ağlayıb.
22 yaşlı Haaland ötən mövsüm 11 matçda 12 qol vuraraq turnirin bombardiri olub. Haalandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Ümumilikdə, mövsümün 53 matçında Haaland 52 qol vurub və 9 qolun ötürməsini verib. Pepperoni pizza
Telegram kanalımız