Haaland Premyer Liqanın tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Haaland Premyer Liqanın tarixinə düşdü

İdman

10 Noyabr 2024 16:51 1198


"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 11-ci turunun "Brayton"la səfər matçında (1:2) vurduğu qolla rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, norveçli hücumçu matçın 23-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Bununla da Haaland Premyer Liqada vurduğu qol sayını 75-ə çatdırıb. O, Premyer Liqa tarixdə bu qol sayına hamıdan tez çatıb. Forvard 77 oyuna bu gösətiriciyə nail olub.. pizza hut

Haaland bu mövsüm İngiltərə çempionatında 15 matçda 14 qol vurub və bombardirlər siyahısına başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!