İngiltərə kubokunun 1/8 final mərhələsinin “Luton Taun” ilə matçı "Mançester Siti"nin futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.
Yenisabah.az xəbər verir ki, 23 yaşlı forvard bu oyunda penta-trik edib. Onun komandası rəqibini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.
"Opta"nın məlumatına görə, Haaland 1970-ci ildən bəri İngiltərə Kubokunda bir matçda 5 qol vuran ilk futbolçu olub. Marqarita pizza
Son dəfə bunu “Mançester Yunayted”in futbolçusu Corc Best bacarıb.
Bu mövsüm Haaland 30 oyun keçirib, 27 qol vurub və 6 qolun ötürməsini verib.
Telegram kanalımız