Haalanddan avtoqraf alan hakim cəzalandı

saytların hazırlanması

Evə çatdırılma

Haalanddan avtoqraf alan hakim cəzalandı

İdman

09 Aprel 2021 16:54 752


“Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haalanddan avtoqraf  alan yan xətt hakimi Oktavian Şövre Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi tərəfindən cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu öz Tvitter səhifəsində yazıb.

O, Şovrenin 2020/2021 mövsümünün sonunadək yerli çempionatdakı oyunlara təyinat almayacağını bildirib. pizza hut

Xatırladaq ki, Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında keçirilən "Mançester Siti" – “Borussiya” (Dortmund) matçından sonra qonaqların futbolçusu Erlinq Haalanddan avtoqraf alıb. O, bununla bağlı verdiyi açıqlamada həmin avtoqrafın auksonda satılacağını və məbləğin autizm xəstələrinin müalicəsinə sərf oluncağını bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!