Haaqa məhkəməsi Rusiyanın Ukraynaya təcavüzünü araşdıracaq

saytların hazırlanması

Evə çatdırılma

Haaqa məhkəməsi Rusiyanın Ukraynaya təcavüzünü araşdıracaq

Maraqlı

03 İyul 2023 12:02 801


Bu gün Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır. 

“Report” xəbər verir ki, bunu Britaniyanın “The Guardian” nəşri yazıb.

Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq. Dominos pizza

Mərkəz Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi araşdırma aparacaq və sübutlar toplayacaq.

Bu təşəbbüs Rusiya ilə Xüsusi Tribunalın yaradılması istiqamətində ilk addımdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!