Haaqa Məhkəməsinin Baş prokuroru Kiyevdə səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Haaqa Məhkəməsinin Baş prokuroru Kiyevdə səfərdədir

Maraqlı

16 Mart 2022 16:06 417


Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) Baş prokuroru Kərim Xan hazırda Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. 

“Report” xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski teleqram kanalında yaydığı növbəti videomüraciətində açıqlayıb.

Dövlət başçısı Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Rusiya qoşunlarının hərbi cinayətləri ilə bağlı bütün sübut və faktları toplayan Beynəlxalq Cinayət Məhkəməsinin istintaq qrupunun Ukraynada fəaliyyətə başladığını bildirib: pizza sifarişi

“Rusiya işğalçıları ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə cavab verəcəklər. Onların ədalət qarşısında cavab verməsi üçün fəaliyyətimizi gücləndirəcəyik. Beynəlxalq tribunal olmalıdır və olacaq. Onlar məhkəmə qarşısında Ukraynada törətdikləri hər şeyə görə, insanlarımıza qarşı, dövlətimizin ərazisində Rusiya qüvvələrinin törətdiyi hər terror aktına görə cavab verəcəklər”.

Onun sözlərinə görə, Ukrayna prokurorluğu artıq müvafiq işə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!