“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırladı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırladı - Video

Rəsmi

13 İyun 2021 16:04 1093


Türkiyənin “Haber Global” telekanalı Ağdam rayonunun mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb.

Süjetdə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu, ərazidə aparılan bərpa işlərini sürətləndirəcək və on minlərlə insanın həyatını təhlükədən xilas edəcək.

Həmçinin, videomaterialda Gürcüstan hökumətinin, ABŞ dövlət katibi Antoni Blinken və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!