Hacı Əliyev Avropa çempionatında mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyev Avropa çempionatında mübarizəyə başlayır

İdman

17 Aprel 2023 10:03 870


Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq. 

Yenisabah.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.  pizza mizza

79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!