Hacı Əliyev Avropa çempionatının yarımfinalında

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyev Avropa çempionatının yarımfinalında

İdman

17 Aprel 2023 16:37 961


Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb. 

Yenisabah.az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparır. 70 kq-da Hacı Əliyev ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edərək yarımfinala yüksəlib. 

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.  Dördpendirli pizza

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək. 

79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavi  (UWW) ilə görüşəcək. 

97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honislə (İtaliya) qarşılaşacaq. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!