Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü 

İdman

19 Aprel 2023 09:17 831


Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. 

Yenisabah.az xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir. 

Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının yunan-Roma güləşi yarışlarında gücünü sınayacaq.  pizza

Avropa çempionatında yunan-Roma güləşi yarışlarına aprelin 21-də start veriləcək. 

Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Xetaq Qazyumov və Cəbrail Həsənov da üç dəfə Avropa çempionu adını qazanıblar. Hazırda onlar idmançı karyeralarını başa vurublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!