Hacı Əliyev karyerasını bitirir:   “Yaşım çoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyev karyerasını bitirir: “Yaşım çoxdur“

İdman

26 Dekabr 2020 12:55 1814


Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyev 2021-ci ildə karyerasını başa vura bilər.

Yenisabah.az xəbər verir ki, 29 yaşlı idmançı bu barədə müsahibəsində bildirib.

65 kq çəki dərəcəsində çıxış edən Əliyev Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında sonra karyerasını bitirə biləcəyini vurğulayıb: Dominos pizza

"Bu baradə tam olaraq heç nə bilmirəm. Amma qismət olsa, olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram. Olimpiya çempionluğundan sonra idmanı dayandıra bilərəm. Apreldə 30 yaşım olacaq. Düşünürəm ki, yaşım da böyük idman üçün çoxdur. Dünyada 21, 22 və 25 yaşda istedadlı, gənc idmançılar yetişir. Onların enerjilərinin, güclərinin qarşısında dayanmaq çətin məsələdir. Olimpiya çempionu olsam, idmanı qalib şəkildə buraxa bilərəm".

Qeyd edək ki, Hacı Əliyev 2014, 2015 və 2017-ci illərdə dünya, 2014, 2018 və 2019-cu illərdə Avrop çempionu olub. 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçi, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının qalibi olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!