Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Paris - 2024 keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibi bəlli olub.
Yenisabah.az xəbər verir ki, üçqat dünya və dördqat Avropa çempionu olan Hacı Əliyev 1/8 finalda meksikalı Ostin Qomeslə üz-üzə gələcək. Ostin Qome Panamerika çempionatının (2015) qalibidir.
Avropa çempionu (2022), dünya çempionatının gümüş və bürünc mükafatçısı Maqomedxan Maqomedov isə 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə qarşılaşacaq. Peres Panamerika çempionatının gümüş və bürünc mükafatçısıdr. pizza mizza
Bu çəkilərdəki qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Telegram kanalımız