Hacı Əliyevin səhhətində problem yarandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyevin səhhətində problem yarandı - Foto

İdman

09 Aprel 2024 22:53 1308


Hacı Əliyevin gözünə mikrob düşüb, üzü şişib. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.biz-ə 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.

O, hazırda özünü normal hiss etdiyini bildirib: "Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə gözüm partladı. Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək davam etdirdim. Buna görə də gözümə mikrob düşüb. İnfeksiya nəticəsində də bütün üzüm şişib. Həkimlərin nəzarəti altında ev şəraitində müalicə alıram. Onlar bildirdilər ki, bu hal 3-4 gün ərzində keçəcək". pizza mizza

Qeyd edək ki, Hacı Əliyev (65 kq) Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!