“Nuriyyənin dəfnində burada deyildim, səfərdə idim".
Yenisabah.az xəbər verir ki, bunu Xalq artisti Hacı İsmayılov bildirib.
O, “Həm ziyarət, həm ticarət” filmində tərəf müqabili olmuş mərhum Xalq artisti Nuriyyə Əhmədovanın dəfn mərasimində niyə iştirak etmədiyini izah edib: Sezar pizza
“Nuriyyə xanım Azərbaycan kinosunun, teatrının sevilən aktrisalarından biri idi. Onunla “Həm ziyarət, həm ticarət” filmində hər günümüz bir yerdə keçib. Böyük qızı “Həm ziyarət, həm ticarət” filmində elə bizim qızımızı oynayıb.
O, çox faciəvi həyat yaşadı. Həmin qızı, ardınca oğlu faciəvi şəkildə vəfat etdilər. Həyatdır, mətnli, mərd insan idi ki, o faciələrin müqabilində filmlərə çəkilirdi. Sənət onu yaşadırdı, sənət bitəndə dərdlər çoxalırdı”.
Telegram kanalımız