Hacı Nuran Moskvada əsir-yesir qalıb:  “Heç kim nəsə demir”

saytların hazırlanması

Evə çatdırılma

Hacı Nuran Moskvada əsir-yesir qalıb: “Heç kim nəsə demir”

Şou

19 Dekabr 2023 17:10 4546


Tanınmış xeyriyyəçi, aparıcı Hacı Nuran Rusiyadan Bakıya gələ bilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Hacı Nuranın sözlərinə görə, təhlükəsizlik məqsədilə uçuşlar təxirə salınıb: Pepperoni pizza

“Çox pis vəziyyət yaranıb. Neçə saatdır ki, yüzlərlə, minlərlə insan Moskvanın “Vnukova” hava limanında qalıb. Heç bir xəbər verilmir. Sadəcə pilotların təhlükəsizliyinin qorunduğunu və uçuşların təxirə salındığını deyirlər. Burada körpə, qadın, qoca, xəstə insanlar var. Hər kəs çıxılmaz və çaşqın vəziyyətdədir. Heç kim konkret nə isə demir.

Yeri gəlmişkən qeyd edim ki, bu gün səhər saatlarında Kalujski səmasında Ukraynanın dron aparatları görünüb və Rusiya hərbiçiləri PUA-ları vurub.

Hazırda hamı qorxu və təşviş içindədir. Nə olacağı, uçuşlara nə vaxt qərar veriləcəyi sual altındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!