Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar

Şou

08 Sentyabr 2020 12:24 1502


Aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərindən şəhid olmuş Elşad Məmmədovun 6 aylıq oğlunun kirvəsi olacaq.

Yenisabah.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında məlumat verib. 

O, şəhidin övladı ilə fotolarını paylaşaraq tezliklə onun kirvəsi olacağını qeyd edib: Dominos pizza

“Yenidən mənə doğma olan bir evdəyəm, Tovuz rayonunun Ağdam kəndində. Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı. O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam”.

Qeyd edək ki, Azərbaycan Ordusunun şhərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov iyulun 12-də Ermənistanın təxribatı nəticəsində şəhid olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!