Hacı Qalibin oğlu da deputatlığa namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Hacı Qalibin oğlu da deputatlığa namizəd oldu

Siyasət

28 Dekabr 2019 09:10 1182


Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi Əliabbas Salahzadə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğludur. 

Yenisabah.az xatırladır ki, Qalib Salahzadə IV çağırış Milli Məclisin deputatı olub. O, bir sıra qalmaqallı çıxışları ilə yadda qalıb. Qalib Salahzadə həm də 26 dəfə Həcc ziyarətində olduğunu bəyan etməklə sosial şəbəkələrdə rişxənd obyektinə çevrilib.

Bəzi məlumatlarda Əliabbas Salahzadənin Şeyxin kürəkəni olduğu iddia edilir. Lakin bu yanləş məlumatdır. Şeyxin kürəkəni Qalib Salahzadənin digər oğlu Əlihüseyn Salahzadədir. pizza hut

40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!