Hacı Şahinin məzarı üstündə gecələr keşik çəkirlər - Onlar kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinin məzarı üstündə gecələr keşik çəkirlər - Onlar kimdir?

Maraqlı

08 Mart 2023 08:09 8035


Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli martın 2-də dünyasını dəyişsə də? onun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. Mərhumla Yasamal qəbirstanlığında keçirilən izdihamlı vida mərasimindən sonra bu müzakirələrə yeni çalarlar əlavə olunub.

Yenisabah.az bildirir ki, Hacı Şahinin qəfil ölümü mömin çevrələrdə dərin məyusluq yaratmaqla yanaşı, bir sıra həqiqətlərin üzə çıxmasına səbəb oldu. Məlum oldu ki, o, sağlığında təkcə şiə cameəsinin deyil, fərqli baxışların daşıyıcısı olan geniş dini spektrin rəğbətini qazana bilib. Dindarlarla yanaşı, ateistlərin də mərhuma hörmət və ehtiramlarını açıq şəkildə izhar etməsi bunu sübut edir.

Qeyd edək ki Hacı Şahinin vəfatından sonra baş verən bəzi hadisələr hələ də sosial şəbəkələrin əsas müzakirə mövzusu olaraq qalır. Sözsüz ki, bu sırada birinci yeri Hacı Şahinin məzarının gecələr ziyarət edilməsi tutur. Etiraf edək ki, bu indiyə kimi Azərbaycan cəmiyyəti üçün tanış olmayan mənzərədir. Azərbaycanda dünyasını dəyişən insanların məzarlarının gecə ziyarət edilməsi ənənəsi yoxdur. Ümumiyyətlə, azərbaycanlıların alt şüurunda qəbirstanlıq qorxulu yer kimi xarakterizə olunur. Bu baxımdan ölülərin  gecələr ziyarət edilməsi nadir rastlanan haldır. Odur ki, tərəfdarlarının nəinki gündüzlər, hətta gecələr də Hacı Şahinin məzarına axın etməsi maraqlı faktdır və diqqətdən kənarda qala bilməz. pizza

Digər maraqlı bir məqam isə bir qrup insanın gecələr mərhumun məzarının üstündə keşik çəkməsidir. Özlüyündə bu fakt da diqqəti çəkir və müzakirələrdən kənarda qalmır, Həmin şəxslərin kimliyi hazırda ən çox maraq doğuran məsələdir. Bu aksiyanın təşkilatçısının Qafqaz Müsəlmanları İdarəsi və Məşədi Dadaş məscidinin olmadığı bəllidir. Həmin şəxslər sosial şəbəkələrdə Hacı Şahinin tərəfdarları kimi təqdim olunsalar da, onların şəxsiyyəti barədə məlumat verilmir. Hətta onların bəziləri məzarın deyil, məzarın üstündəki üç rəngli Azərbaycan bayrağının keşiyini çəkdiklərini deyirilər. 

Aldığımız məlumatlara görə, bu faktın qabarması ali dini çevrələrdə narahatlıq doğurub. Ölkədə söz və nüfuz sahibi olan din xadimləri həmin adamlara gecələr qəbirstanlıqda keşik çəkməyi dayandırmağı tövsiyyə ediblər. 

Hacı Şahinin "yeddi" mərasimi başa çatandan sonra bu aksiyalara son veriləcəyi bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!