Hacı Salayev namizədliyini geri götürdü - “Bəsdir, peşman oldum”

saytların hazırlanması

Evə çatdırılma

Hacı Salayev namizədliyini geri götürdü - “Bəsdir, peşman oldum”

Siyasət

23 Yanvar 2020 14:47 1633


44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

"Yeni Sabah" xəbər verir ki, Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib: Sezar pizza

“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib:

“Haqqımda nahaq yazan jurnalistlərdən bir xahişim var. Həmin yazıları pozsunlar”.

Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!