Hacı Surxay 250.000 manatlıq avtomobilindən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Hacı Surxay 250.000 manatlıq avtomobilindən danışdı 

Sosial

11 Oktyabr 2025 11:07 12505


Tanınmış din xadiminin bahalı maşını sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevirildi.

Ajans.az xəbər verir ki, Hacı Surxayın sürdüyü Nissan Patrol markalı avtomobilin 250 000 manat dəyərində olduğu bildirilir. Lakin avtomobilin sahibi videomüraciətlə çıxış edərək yayılan məlumatları tamamilə yalan adlandırıb və məsələyə aydınlıq gətirib.

Avtomobil sahibi qeyd edir ki, maşını təxminən bir il əvvəl 33 000 manata, kredit yolu ilə əldə edib. Hacı Surxayın sözlərinə görə, bu avtomobil 2017-ci il deyil, 2010-cu il istehsalıdır və bazar qiyməti heç bir halda yüz minlərlə manatla ölçülə bilməz. Dominos pizza

“Kim deyirsə ki, bu maşın 250 min manatdır, buyursun gəlsin, 28 min manata ona verim. Gedib istədiyi qiymətə satsın. Beş aydır satıram, heç kim almır”, – deyə o bildirir.

Videomüraciətdə din xadimi, bu iddiaların yalnız maddi deyil, mənəvi zərbə olduğunu da vurğulayır. Onun sözlərinə görə, bəzi hallarda böhtan və iftiraları namaz qılan şəxslər də yayır ki, bu da xüsusi təəssüf doğurur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xalidə
    Kredit???????????????
    7 months ago
  • Vuqar
    Salam bu necə din xadimidir bilmirik kredit dinde haramdır deyir kredit almışam.
    7 months ago