Hacıqabul polisi əməliyyat keçirdi, silah və narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabul polisi əməliyyat keçirdi, silah və narkotik aşkarlandı

Kriminal

19 İyul 2021 16:41 976


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən rayon sakini Akif Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı Sabunçu rayonu Nardaran qəsəbə sakini Həsən Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!