Yeni icra başçısı “lapatka” götürüb işə başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı “lapatka” götürüb işə başladı - Fotolar

Sosial

26 Dekabr 2019 12:37 1682


Dekabrın 26-da Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib. 

"Yeni Sabah" bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib. 

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir. Pepperoni pizza

Qeyd edək ki, aksiyada yeni icra başçısı Rüstəm Xəlilov da iştirak edib.

R.Xəlilov bu ilin dekabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!