Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü

Kriminal

10 May 2021 11:41 1016


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Pepperoni pizza

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!