Hacıqabulda 10 yaşlı uşağı qatar vurub öldürdü   - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda 10 yaşlı uşağı qatar vurub öldürdü - DETALLAR

Hadisə

01 Mart 2025 17:37 543


Hacıqabulda baş verən qəzada maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, martın 1-i saat 15:30-da Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb: Sezar pizza

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!