Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda ata və oğul kürəkən tərəfindən bıçaqlandı

Kriminal

09 Fevral 2021 20:57 959


Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində baş verib. 

Ailə münaqişəsi zəminində kürəkən Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynovu və onun oğlu 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovu bıçaqlayıb.  Dördpendirli pizza

Hər iki yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!