Hacıqabulda avtomobil aşdı, xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda avtomobil aşdı, xəsarət alan var

Hadisə

25 Fevral 2021 23:16 972


Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadişə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. pizza mizza

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!