Hacıqabulda ev yandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda ev yandı - Foto

Hadisə

08 Avqust 2021 18:58 923


Hacıqabulda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Kənd sakini, 1955-ci il təvəllüdlü Eminov Dostəli Hümmətalı oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 144 kv metr olan fərdi yaşayış evi əşyaları ilə birlikdə yanaraq, külə dönüb. Bundan başqa evin həyətyani sahəsində olan ümumi sahəsi 64 kv metr olan tikili də yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Dördpendirli pizza

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

/Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!