Hacıqabulda keçmiş məhkumdan avtomat götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda keçmiş məhkumdan avtomat götürüldü

Kriminal

11 Fevral 2021 16:07 516


Qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində polis orqanları tərəfindən əməliyyat-axtarış, profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb.

X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!