Hacıqabulda obyektdə yanğın - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda obyektdə yanğın - VİDEO

Hadisə

06 Mart 2025 16:41 300


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansard tipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Sezar pizza

Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi 220 kv.m. olan ikimərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!