Hacıqabulda ölümlə nəticələnən qəza oldu

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda ölümlə nəticələnən qəza oldu

Hadisə

22 Dekabr 2024 23:30 430


Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yolu keçən piyadanı vuraraq ağır xəsarətlər yetirib. Yaralı Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Tahir Yaqub oğlu Hüseynov Şirvan xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!