Hacıqabulda qatar qadını vurdu 

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda qatar qadını vurdu 

Hadisə

18 Aprel 2024 17:58 563


Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb. 

Bu barədə Yenisabah.az-a ADY-yə istinadən xəbər verir. 

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.  Pepperoni pizza

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!