Hacıqabulda qatarda yanğın: Zəhərlənənlər var

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda qatarda yanğın: Zəhərlənənlər var

Hadisə

07 Fevral 2025 00:16 479


Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.

Yenisabah.az "Report"a istinadən məlumat verir ki, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.

İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü İlqar Mərhəmət oğlu Yaqubov, 1987-ci il təvəllüdlü Emin Bəxtiyar oğlu Həsənov, 1995-ci il təvəllüdlü Əkbər Teymur oğlu Əkbərov və 1972-ci il təvəllüdlü Mübariz Xanbaba oğlu Qədirov tüstüdən zəhərləniblər. Marqarita pizza

Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!