Hacıqabulda qəza: Dörd nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda qəza: Dörd nəfər xəsarət aldı

Hadisə

07 Mart 2024 20:26 817


Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udullu kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. pizza sifarişi

Qəza nəticəsində Hacıqabul rayon sakinləri - 1965-ci il təvəllüdlü Sahib Həsən oğlu Ağayev, 1975-ci il təvəllüdlü Könül Canəli qızı Yaqubova, 2006-cı il təvəllüdlü Leyla Mürkəli qızı Hacıəliyeva və 1979-cu il təvəllüdlü Mürkəli Əsgəralı oğlu Hacıəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!