Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

Kriminal

03 Sentyabr 2020 08:25 1126


Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Çoşqun Malik oğlunun idarə etdiyi “Ford” markalı yük maşını "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yük maşınında olan şərnişin, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu elə hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır. /Report Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!