Hacıqabulda zəncirvari qəza: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda zəncirvari qəza: Xəsarət alanlar var

Hadisə

02 Yanvar 2025 17:14 643


Hacıqabulda yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil “Mercedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. pizza mizza

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!