Hacıyev Əli Əkbər Əhmədianla siyasi məsələləri müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Hacıyev Əli Əkbər Əhmədianla siyasi məsələləri müzakirə etdi

Siyasət

02 Fevral 2025 12:28 240


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!