Hadı Rəcəbli əlinə “lapatka” alıb qaydaları belə pozdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Hadı Rəcəbli əlinə “lapatka” alıb qaydaları belə pozdu - Foto

Siyasət

01 Fevral 2020 10:04 2119


Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının asan keçmədiyi, seçicilərin nümayişkaranə şəkildə ona etimadsızlıq göstərmələri haqda məlumatlar daxil olur.

“Yeni Sabah” xəbər verir ki, Hadı Rəcəblinin hətta böyüyüb boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinindən belə səs alacağı şübhəli görünür. 

Əleyhinə olan ictimai rəyi xeyrinə dəyişmək üçün isə deputatlığa namizəd Seçki Məcəlləsinin müvafiq bəndini pozmaqdan belə çəkinməyib. Belə ki, o seçicilərin səslərini almaq üçün dağ kəndi Bəletona yol çəkməsi haqda məlumatları dövriyyəyə buraxıb. pizza mizza

Göründüyü kimi adıçəkilən kənd yollarının Lənkəran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir edilməsinə baxmayaraq Hadı Rəcəbli bu işi öz adına yazmaqla itirmiş olduğu nüfuzunu bərpa etməyə çalışır.

Fotolardan da göründüyü kimi Hadı Rəcəbli əlinə bel, külüng alaraq icra hakimiyyətinin gördüyü işlərdən özünün təbliğatı üçün istifadə etməyə uğursuz cəhd göstərib.

Fotoları diqqətinizə təqdim etməklə qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk.(Sfera.az)



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!