Hafiz Hacıyev ianə toplayır

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyev ianə toplayır

Siyasət

20 May 2020 08:06 900


“Müasir Müsavat Partiyasının yerləşdiyi qərargahın kirayəsini karantin dövründə ödəyə bilmədik. Bizi qərargahdan çıxartmağa çalışırdılar. İndi imkanlı üzvlərimizdən ianələr toplayırıq, ayın əvvəli, üzvlük haqqının yığılması başlayacaq. Hər halda kirayə haqqını sahibkara çatdıracağıq”.

“Yeni Sabah” xxəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, karantin rejimi yumşaldılandan sonra partiya üzvləri ofisə gedib gəlir:

“Əsas bu aralar qurultayımızın keçirilməsinə güc veririk. Rayon təşkilatlarında bu məqsədlə konfranslarımız keçiriləcək. Toyuqlu pizza

Koronavirus pandemiyası ilə bağlı hökumətə təkliflərimizi də təqdim etmişdik. Dövlət bu dönəmdə çoxşaxəli işlədi və qeyd olunan təkliflərin hər biri nəzərə alındı. İlk növbədə bərbərxanaların açılması, iaşə müəssisələrinin açılması, 65 yaşdan yuxarı şəxslərin işə buraxılması və s. ilə bağlı təkliflərimiz hökumət tərəfindən reallaşdırıldı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!