Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - Foto

Siyasət

06 Avqust 2020 15:11 2841


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Yenisabah.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Bu gün əməkdaşımız Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olub. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da tapa bilməyiblər.  Toyuqlu pizza

Lakin partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!