“Hafiz Hacıyevi də üzv etsələr tam tərkib yaranar”

saytların hazırlanması

Evə çatdırılma

“Hafiz Hacıyevi də üzv etsələr tam tərkib yaranar”

Siyasət

14 May 2020 15:12 1486


“Milli Şuranın son iclasına baxdınızmı? Başdan axıra kimi insanları, partiyaları təhqir üzərində qurublar”. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Müsavat Partiyası başqanının müavini Osman Kazımov səsləndirib. O, Müsavat Partiyasının Milli Şurada təmsil olunmamasını da yuxarıdakı fikirləri ilə izah edib: 

“İndi hamıya aydın oldumu Müsavat Partiyası niyə orda yoxdur? Əhəd Abıyevi, Hafiz Hacıyevi də üzv etsələr tam tərkib yaranar. “Ambardar Məmmədxan”ın yeri görünür orda. Gültəkin Hacıbəylinin işlətdiyi ifadələrə fikir verdinizmi? Müsavat Partiyasında onun valideyinləri yaşda da olan insanlar var. Hamını təhqir edir. Xoş olmayan gülüşlə. Cəmil Həsənli də təsdiq edir. Ağ saçlarına yaraşmayan tərzdə. Mənim cəbhəçi dostlarıma ürəyim yanır. Əzilən, tutulan, min bir işgəncəyə məruz qalan, fədakarlıqdan, mərdanəlikdən dönməyən onlar, siyasi divident götürən milliliklə heç bir bağlılığı olmayan təhqir şurası”. pizza

Xatırladaq ki, Milli Şuranın videokonfrans formatında keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəylinin Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasının da REAL-ın taleyini yaşayacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!