“Hagibis” qasırğası səbəbindən Yaponiyanın Miea, Tokio, Sizuoka, Çiba və Qunma prefekturalarında 50 min insan təxliyə edilir.
"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Tokio da daxil olmaqla ölkənin 10 prefekturasında yaşayan daha 15 milyon insana təhlükəli ərazilərdən çıxmaq tövsiyə edilib.
Cənub-şərqdən Yaponiya arxipelaqına yaxınlaşan “Haqibis” qasırğasının mərkəzində küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda isə 65 metrə çatır. pizza
Yaponiya hökuməti yaxın saatlarda Tokioya tərəf yaxınlaşan “Hagibis” qasırğası ilə əlaqədar maksimal – beşinci təhlükə dərəcəsi elan edib.
Telegram kanalımız