Hakan Çalhanoğluna rekord transfer təklifi

saytların hazırlanması

Evə çatdırılma

Hakan Çalhanoğluna rekord transfer təklifi

İdman

09 Oktyabr 2024 16:11 969


Türkiyə millisinin və “Inter” klubunun kapitanı Hakan Çalhanoğlu ilə bağlı növbəti transfer təklifi gündəmdədir.

Yenisabah.az xəbər verir ki, bu dəfə 30 yaşlı yarımmüdafiəçiyə “Bavariya” elçi düşüb.

Almaniya nəhəginin Hakan Çalhanoğlu ilə bağlı sayca 3-cü təklifidir. Milan klubu heyətdə oyun qurucu vəzifəsində çıxış edən türkiyəli futbolçunu satmaqdan 2 dəfə imtina etmişdi. Dominos pizza

İddialara görə, “Bavariya” yarımmüdafiəçinin keçidi üçün 50 milyon avronu gözdən çıxarıb. Bu isə, baş tutacağı təqdirdə, Türkiyə tarixində ən bahalı türk transferi kimi tarixə düşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!