Hakan Fidan detalları açıqladı - 72 saat ərzində...

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan detalları açıqladı - 72 saat ərzində...

Dünya

10 Oktyabr 2025 23:17 311


Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə HAMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının detalları barədə danışıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir razılaşmanın mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

Hakan Fidan ilkin mərhələ kimi əsirlərin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyib. Dominos pizza

“72 saat ərzində əvvəlcə əsirlər dəyişdirilməli və həbsdə olanlar azad edilməlidir. Xüsusilə İsrail tərəfindən hər hansı bir provokasiyanın olmaması, soyqırımı davam etdirəcək bir vəziyyətin yaranmaması vacibdir”, - Fidan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!