Hakan Fidan: Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan: Trampın planları ilə Türkiyənin maraqları üst-üstə düşür

Dünya

06 Dekabr 2025 12:25 601


“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü Doha Forumunda çıxışı zamanı səsləndirib.

Nazir Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik. Ukraynada, eləcə də Qəzzada vəziyyət gərgin olaraq qalır. Suriyada isə proseslər müəyyən qədər yoluna düşməyə başlayıb. pizza sifarişi

Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz birinci növbədə Ukraynada atəşkəs istədik. Yaşananlardan çox ağır dərslər çıxardıq. Regionumuzda baş verən hadisələrdə vasitəçilik etməklə insanların üzləşdiyi çətinlikləri yüngülləşdirmiş oluruq”, - deyə Hakan Fidan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!